Yəmənli rəsmi: Ümumdünya Səhiyyə Təşkilatı 2016-cı ildə Yəmən xalqına bir həb belə yardım etməyib

Yəmənli rəsmi: Ümumdünya Səhiyyə Təşkilatı 2016-cı ildə Yəmən xalqına bir həb belə yardım etməyib

Yəmən səhiyyə nazirinin müavini Nasir Əl-Arajli elan edib ki, Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatlar 2016-cı ildə Yəmən xalqına bir həb belə yardım etməyiblər. 
 
Maide.Az “Sputnik”- ə istinadən xəbər verir ki, N.Əl-Arajli dünya ictimaiyyətindən istəyib ki, Yəməndə səhiyyə, ərzaq və dərman çatışmamazlığının durumu ağır olmasını nəzərə alsınlar və bu ölkəyə yardım etsinlər.
“Mətbuat konfransı keçirməklə Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatların 2016-cı ildə Yəmən xalqına heç bir yardım etməməsinə dair sənədləri və sübutları təqdim edə bilərəm. Məlum deyil beynəlxalq təşkilatlar və Ümumdünya Səhiyyə Təşkilatının göndərdiyi yardımlar hara gedir. Bu təşkilatların işi yalnız Yəməndəki müharibədən ziyan görənlərin məlumatlarını yeniləməkdir”. 
 
O deyib ki, Səudiyyə Ərəbistan BMT-nin vasitəsilə Yəmən xalqına göndərilən dərman yardımlarına nəzarəti ələ alıb. “Bu təşkilat Səudiyyə Ərəbistanın diqtəsilə onların hərbiçilərini müalicə üçün digər ölkələrə göndərir, lakin Səudiyyə Ərəbistanın icazəsi olmadan yəmənli xəstələrə dərman verə bilməz”.
 
N.əl-Arajli deyib ki, Yəməndə 2 milyondan çox uşaq qida çatışmamazlığından əziyyət çəkir.
 
O, dünya ictimaiyyətinə səslənərək Yəmən xalqına qarşı dərman və ərzaq blokadasını dayandırmağa çağırıb.
 

Google+ WhatsApp ok.ru