Yəhudilər İsrail rejiminə qarşı qətnaməni bayram etmək üçün BMT-nin baş ofisinin qarşısına toplaşdı - FOTO

Yəhudilər İsrail rejiminə qarşı qətnaməni bayram etmək üçün BMT-nin baş ofisinin qarşısına toplaşdı - FOTO

Anti sionist ortodoksal yəhudi təşkilatlarından ibarət bir qrup İsrail rejiminin işğal altındakı Fələstin torpaqlarında qeyri-qanuni bütün məskunlaşma fəaliyyətlərinin dərhal və tamamilə dayandırması barədə qətnamə qəbul edən BMT Təhlükəsizlik Şurasını təbrik etmək üçün BMT-nin Nyu-Yorkdakı baş ofisinin qarşısına yığışdılar.
 
"Neturey Karta İnternational" anti sionist təşkilatının üzvləri olan yəhudi nümayişçilər "İsrailin müqəddəs torpağların istənilən bir hissəsinə hakim olmağa haqqı yoxdur", "Yəhudilik sionizmi və İsrail dövlətini tanımır" plakatlarını daşıyaraq, BMT Təhlükəsizlik Şurasının qərarından məmnun olduqlarını bildiriblər.
 
Nümayişçilər aksiyalarının yekununda bəyanat oxuyaraq, sionist məskunlaşma yerlərini qan tökülməsinin əsas səbəblərdən biri olduğunu qeyd ediblәr, sülhə və Fələstin xalqının ağrılarının sona çatması istiqamətində BMT Təhlükəsizlik Şurasının qərarına razılıq verən ölkə və dünya güclərini təbrik ediblər.
 
Bəyanatda BMT Təhlükəsizlik Şurasının qərarının "Azad Fələstinə bir addım daha yaxınlaşılması" kimi şərh olunub. Həmçinin sionist İsrail rejiminin baş naziri Binyamin Netanyahu və İsrail dövlətinin dünya yəhudilərini təmsil etmədiyi, yaşayış yerləri inşasının yalnız beynəlxalq hüquqa yox, yəhudi hüququna görə də cinayət olduğu vurğulanıb.(deyerler) /
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru