Yəmənli qadınlar:Təcavüzkar Səudiyyə rejimi qarşısında kişilərlə çiyin-çiyinə vuruşmağa hazırıq -FOTO/VİDEO 18 Yanvar 2017 02:00 Dünya Yəmənin paytaxtı Sənada qadınlar böyük toplantı keçirərək Səudiyyə Ərəbistanın bu ölkəyə təcavüzü və beynəlxalq ictimaiyyətin Ərəbistanın Yəməndəki cinayətləri qarşısında sükutunu pisləyib. Maide.Az xəbər verir ki, “Əşiddau ələl-kuffar” (kafirlərə qarşı sərtdirlər) şüarı ilə keçirilən bu toplantıda yəmənli qadınlar bəyanat yayaraq beynəlxalq ictimaiyyət və insan haqları iddiaçılarının Yəməndə qadın və uşaqların qətliamı qarşısında sükut etməsini pisləyib. Yəmənli qadınlar öz bəyanatında Ərəbistanın Yəmənə qarşı təcavünü dayandırmağı, mühasirənin və sanksiyaların tam qaldırılmasını tələb edib. Bu sanksiyalar 25 milyon yəmənli üçün humanitar faicə yaradır. Yəmənli qadınlar yəmənli kişilərin təcavüzkar Səudiyyə və onun muzdluları ilə mübarizədə göstərdikləri qəhrəmanlıqları alqışlayıb və yəmənli döyüşçüləri dəstəklədiklərini elan edib. Onlar öz bəyanatında həmçinin xalqa müraciət edib və xalqı Səudiyə rejiminin vəhşiliyi qarşısında birləşməyə və səbirli olmağa çağırıb. Yəmənli qadınlar həmçinin lazım gələrsə silaha sarılıb təcavüzkar Səudiyyə rejimi qarşısında kişilərlə çiyin-çiyinə vuruşacaqlarını açıqlayıb. Teqlər : #Yəmənli qadınlar:Təcavüzkar Səudiyyə rejimi qarşısında kişilərlə çiyinçiyinə vuruşmağa hazırıq FOTO/VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Həzrət Məsumənin (s) hərəmini ziyarət edənlərin sayı ötən illə müqayisədə 53 faiz artıb Bağdadda terror aktı - ölən və yaralananlar var
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO