Yəmən ordusu və Ənsarullah Səudiyyə rejiminin hərbi mövqelərini bombardman etdi - VİDEO

Yəmən ordusu və Ənsarullah Səudiyyə rejiminin hərbi mövqelərini bombardman etdi - VİDEO

Səudiyyə rejiminin ordusunun ölkənin cənubunda yerləşən Cizan vilayətindəki mövqeləri Yəmən ordusu və Ənsarullah hərəkatının qüvvələri tərəfindən hədəfə alınıb.
 
Yəmən ordusu və "Ənsarullah" hərəkatının qüvvələri Səudiyyə rejimi ordusunun Saada vilayətini bombalamasına cavab olaraq, Səudiyyə ordusunun Cizandakı artilleriya qoşunlarının yerləşdiyi nöqtələri məhv edib. Hücumlarda Səudiyyə rejiminin ordusuna məxsus bir tank da, Yəmən qüvvələri tərəfindən sərhəddə zərərsizləşdirilib.
 
Yəmən ordusu və Ənsarullah hərəkatının qüvvələri aprelin 13-ü səhər saatlarında bir ədəd "Qahir 2" ballistik raketlə Səudiyyə rejiminin işğalçı qüvvələrinin ölkənin qərbində yerləşən Əl-Moha bölgəsindəki mövqelərini hədəfə alıb. Bu əməliyyatda Səudiyyə rejiminin onlarla muzdlu əsgəri zərərsizləşdirilib. (deyerler) /

Google+ WhatsApp ok.ru