Yəhudi təşkilatı Azərbaycanda məktəb açmağı planlaşdırır

Yəhudi təşkilatı Azərbaycanda məktəb açmağı planlaşdırır

Ötən gün prezident İlham Əliyev Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavini Malkolm Honlaynı qəbul edib.
 
İslamazeri.com prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, M.Honlayn Amerika yəhudi icmasının Azərbaycanda yəhudi məktəbinin inşasına investisiya qoymağı planlaşdırdığını diqqətə çatdırıb.
 
Malkolm Honlayn Azərbaycan-ABŞ əlaqələrindən, o cümlədən Amerika yəhudiləri ilə ölkəmiz arasında uğurlu əməkdaşlıqdan məmnunluğunu ifadə edib və bu əməkdaşlığın daha da gücləndirilməsinin önəmini vurğulayıb.
 
Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.
 
 

 

Google+ WhatsApp ok.ru