Yəmən qüvvələrindən Səudiyyə rejiminə güclü zərbə

Yəmən qüvvələrindən Səudiyyə rejiminə güclü zərbə

Yəmənin dəniz qüvvələri Səudiyyə rejiminin işğalçı koalisiyası qüvvələrinə aid bir döyüş gəmisini ölkənin cənubi qərbində yerləşən Taizz əyalətinin Moha sahillərində hədəfə alıb.
 
Bu gəmi ilə birlikdə indiyədək Səudiyyə rejiminin 10 döyüş gəmisinin Yəmən ordusu tərəfindən hədəfə alındığı bildirilib.
 
Yəmənin dəniz qüvvələri martın 10-da Moha sahillərində Səudiyyə rejiminin üç hərbi gəmisini vurmuşdur.
 
Digər tərəfdən, Yəmən ordusu və inqilabi xalq komitələri qüvvələrinin Səudiyyə Ərəbistanının Cizan bölgəsində Səudiyyə rejiminin ordusunun mövqelərinə qarşı təşkil etdiyi hücumda ən azı 40 Səudiyyə əsgəri məhv edilib.
 
Əl-Məsirə televiziyası iyunun 13-də verdiyi xəbərində Yəmən ordusu və Ənsarullah hərəkatının artilleriya qüvvələrinin Cizan bölgəsində Əd-Dəfinə, Qaim və Əl-Kers hərbi mərkəzlərini hədəfə alaraq, 15 səudiyyəli əsgəri öldürüblər.
 
Yəmən qüvvələri Cizanın şimalındakı Əl-Hubə bölgəsinə də hücumunda Səudiyyə rejiminın qüvvələrinin mövqeləri darmadağın edib. Bu hücumlarda, həmçinin 25 səudiyyəli əsgərin yaralandığı bildirilib.
 
Cizanın Ət-Tual bölgəsinin şərqində Səudiyyə ordusunun toplaşma mərkəzi də Yəmən qüvvələrinin artilleriya hücumuna məruz qalıb və Səudiyyə rejimi ordusunun ağır itki verdiyi qeyd olunub.
 
Nəcran və Asir bölgəsində də Səudiyyə rejiminin qüvvələrinin ciddi itkilər verdiyi açıqlanıb.
 
Bu arada, Səudiyyə rejiminin 800 günlük Yəmən müharibəsində Yəməndə öldürdüyü, yaraladığı insanların sayı və hədəfə alaraq məhv etdiyi yerlərin siyahısı açıqlanıb.
 
Hücumlarda həlak olanlar: 2689 uşaq, 1942 qadın və 7943 kişi. Yaralananlar: 2541 uşaq, 2115 qadın və 16164 kişi. (deyerler) /

Google+ WhatsApp ok.ru