Yəməndə qaçırılan və itkin düşənlərin sayı 18 min nəfərə çatıb

Yəməndə qaçırılan və itkin düşənlərin sayı 18 min nəfərə çatıb

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəmənə təcavüzü nəticəsində indiyədək 11 250 insanın həyatını itirib. 
 
Maide.Az xəbər verir ki, ölənlərin əksəriyyəti qadın və uşaqlardır.
 
"SABA" agentliyi yazır ki, təkcə 2017-ci ilin əvvəlində Səudiyyə rejiminin Yəmənə təcavüzü nəticəsində 500-dən çox insan həlak olub.
 
2014-cü ildən etibarən ölkədə qaçırılan və itkin düşənlərin sayı 18 min nəfərə çatıb.
 
Xatırladaq ki, Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya 2 ildən çoxdur ki, bu yoxsul ölkənin ərazisinə təcavüz edib və hər gün bu ölkənin müxtəlif bölgələrini qırıcılarla bombalayır. Bunun nəticəsində Yəməndə səhiyyə ocaqları, xəstəxanalar və digər tibbi infrastruktur məhv edilib. 
 
Təqribən 3.3 milyon yəmənli ki, onlardan 2.1 milyonu uşaqlardır aclıqdan əziyyət çəkir. BMT elan edib ki, Yəməndə 18 milyon nəfər yaxın zamanlarda aclıqla üzləşəcək. ؛Yəmən Səhiyyə Nazirliyinin bildirdiyi məlumata görə, Səudiyyə Ərəbistanı rejimi və müttəfiqlərinin hücumları nəticəsində indiyədək 12 min nəfərdən çox yəmənli həyatını itirib.  

Google+ WhatsApp ok.ru