Yəmənin üləma heyəti Beynəlxaq Qüds günü ilə bağlı çağırış etdi

Yəmənin üləma heyəti Beynəlxaq Qüds günü ilə bağlı çağırış etdi

Yəmənin üləma heyəti bəyənat verərək, Yəmən xalqı və bütün ərəb və İslam ölkələri millətlərindən Ramazan ayının sonuncu cümə günü Beynəlxaq Qüds günü yürüşlərinə möhtəşəm qatılmalarını istəyib.
 
Bəyanatda Səudiyyə rejimi, Amerika və sionist İsrail rejiminin cinayətləri pislənilib.
 
Üləma heyəti, həmçinin Yəmən xalqının özünü müdafiə etməsinin ən təbii hüququ olduğunu bildirərək, Səudiyyə rejimindən əmir alanlar və BMT-nin də dəstəyində olanlara qarşı Yəmənin özünü müdafiə edəcəyini qeyd edib.
 
Qeyd edək ki, rəhmətlik İmam Xomeyni Fələstin məsələsinin unudulmaması, Qüds və Fələstin xalqının sionist İsrail rejiminə qarşı müqavimətinə dəstək verilməsi məqsədilə, Ramazan ayının sonuncu cüməsini Beynəlxalq Qüds günü elan etmişdir. (deyerler) /

Google+ WhatsApp ok.ru