Yəməndə vurulan oteldə həlak olanların sayı 60-a yüksəldi - FOTO -YENİLƏNİB

Yəməndə vurulan oteldə həlak olanların sayı 60-a yüksəldi - FOTO -YENİLƏNİB

Yəmənin təhlükəsizlik rəsmiləri Səudiyyə rejiminin rəhbərlik etdiyi ərəb koalisiyasının paytaxt Səna yaxınlığında həyata keçirilən hava hücumunda bir otelin vurulduğunu xəbər verib.
 
Deyerler.org xarici mətbuata istinadən xəbər verir ki, aralarında mülki şəxslərin və Ənsarullah hərəkatının nümayəndələrinin olduğu təxminən 60 nəfərin öldüyü bildirilir.
 
Associated Press-in (AP) xəbərinə görə, Yəmənin təhlükəsizlik rəsmiləri koalisiyanın avqustun 23-ü səhər həyata keçirdiyi hava hücumlarında, təxminən 60 nəfərin öldüyünü açıqlayıb. Reuters isə həlak olanların sayının ən azı 35 nəfər olduğunu qeyd etmişdir.
 
AP hücum nəticəsində paytaxt Sənaya 35 km məsafədə yerləşən Arhab bölgəsinin Kaa Əl-Kaidhi məhəlləsində iki mərtəbəli otelin tamamilə dağıldığını xəbər verib.
Dağıntılar altındakı cəsədlərin hələ də çıxarıldığı qeyd olunub.
 
Şahidlərin sözlərinə görə, otelin bir neçə km məsafəliyində Ənsarullah hərəkatına aid bir nəzarət məntəqəsinə qarşı da hava hücumu edilib.
 
***
Səudiyyə rejiminin rəhbərlik etdiyi ərəb koalisiya qüvvələri Yəmənin paytaxtı Sənada yenə mülki hədəfləri bombardman edib.
 
Yəmənin Əl-Məsirə televiziyası Səudiyyə döyüş təyyarələrinin paytaxt Sənanın Arhab rayonunda yerləşən bir otelə hava hücumu təşkil etdiyini xəbər verib. Xəbərdə bombardmanda ən azı 30 nəfərin həlak olduğu vurğulanıb. Həlak olanların sayının artacağı bildirilir.
 
Reuters hücumla bağlı Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiyanın təmsilçilərindən dərhal şərh almağın mümkün olmadığını qeyd edib. /
 
yemende aviazerbeler neticesinde 35 nefer helak olub
 
Google+ WhatsApp ok.ru