Yəmənin din alimləri: “İşğalçı Səudiyyə rejiminə qarşı mübarizə davam etməlidir”

Yəmənin din alimləri: “İşğalçı Səudiyyə rejiminə qarşı mübarizə davam etməlidir”

Yəmənin İbb əyalətinin din alimləri və ağsaqqalları “21 sentyabr inqilabı” ərəfəsində inqilaba dəstək verdiklərini bir daha bəyan ediblər.
 
Yəmənli din alimləri və ağsaqqallar paytaxt Sənada iştirak etdikləri bir konfransda, işğalçı Səudiyyə rejiminə qarşı mübarizə məqsədilə cəbhəyə yeni döyüşçülərin göndərilməsini və 21 sentyabr inqilabının dəstəklənməsi istiqamətində bütün imkanların səfərbər edilməsini istəyiblər. Bundan başqa inqilabın hədəflərinin reallaşdırılması və Səudiyyə rejiminə qarşı mübarizənin davam etməsinin zərurətini vurğulayıblar.
 
Yəmənli din alimləri, həmçinin Ənsarullah hərəkatı ilə Xalq Konqresi partiyasının liderləri arasında imzalanan son razılaşmaya da dəstək verərək, bu müqavilənin davam etməsini və cəbhələrə kömək edilməsini istəyib. (deyerler) /

Google+ WhatsApp ok.ru