Yəmən qüvvələri Səudiyyə rejiminin hücumunu dəf etdi

Yəmən qüvvələri Səudiyyə rejiminin hücumunu dəf etdi

Yəmən ordusu və inqilabi xalq komitələrinin qüvvələri Məarib əyalətində işğalçı Səudiyyə rejiminin qüvvələrinə aid bir ədəd kəşfiyyat təyyarəsini vuraraq yerə salıb.
Deyerler.org Əl-Məsirə-yə istinadən xəbər verir ki, yəmənli hərbi mənbə pilotsuz kəşfiyyat təyyarəsini oktyabrın 11-i gecə Məaribin qərbindəki Saravah şəhərinin şərqində yerləşən Əl-Şuşaccah bölgəsində vurduğunu bildirib.
Yəmənin inqilabi xalq komitələri oktyabrın 1-də paytaxt Sənanın şimalında ABŞ-a məxsus bir ədəd MQ9 pilotsuz kəşfiyyat təyyarəsini də vurmağı bacarmışdı.
Yəmən ordusu və Ənsarullah hərəkatının qüvvələri, həmçinin Səudiyyə Ərəbistanının cənub qərbində yerləşən Nəcran əyalətinin bəzi bölgələrinə hücum edərək, bir neçə səudiyyəli əsgəri məhv ediblər.
Səudiyyə rejiminin rəhbərlik etdiyi ərəb koalisiyası da Nəcranda geniş bir hücum həyata keçirib. Hücumu dəf edən Ənsarullah qüvvələri ən azı 10 səudiyyəli əsgəri öldürüblər və Səudiyyə rejimi ordusunun hərbi texnikalarını da məhv ediblər. Məhv edilən 3 zirehli maşının tank əleyhinə raketlərlə vurulduğu bildirilir. Qarşıdurmanın baş verdiyi Cəbəl Əş-Şirfə bölgəsi hərbi qarşıdurmaların gərgin olduğu bir yer kimi tanınır.
Digər tərəfdən, Səudiyyə rejiminin döyüş təyyarələri son 24 saatda ən azı 50 dəfə Yəmənin müxtəlif nöqtələrini bombardman edib. Hücumlarda yenə də dinc vətəndaşlar hədəfə alınıb.
 

Google+ WhatsApp ok.ru