Yəməndə difteriya virusu 48 nəfərin həyatına son qoydu

Yəməndə difteriya virusu 48 nəfərin həyatına son qoydu

-- Yəməndə ən azı 471 nəfərin difteriyadan əziyyət çəkdiyini bildirib

Ümumdünya Səhiyyə Təşkilatı Yəməndə ən azı 471 nəfərin difteriyadan əziyyət çəkdiyini bildirib.
 
ÜST Yəməndə son vaxtlar hər 10 nəfərdən birinin difteriyadan dünyasını dəyişdiyini qeyd edib. Difteriyaya yoluxmanın ən çox müşahidə olduğu yerlər isə, ölkənin qərbindəki İbb və Hudeyda əyalətləridir.
 
Yanvarın 8-dən etibarən isə, 48 nəfərin difteriyadan vəfat etdiyi rəsmi şəxslər tərəfindən bildirilib.
 
Səudiyyə rejiminin Yəmənə qarşı həyata keçirdiyi təcavüzkar hücumlar bu yoxsul ərəb ölkəsində qidalanma, təmiz su və tibbi ləvazimat çatışmazlığı kimi problemləri yaradıb. Bu, vəba virusu başda olmaqla difteriya epidemiyası kimi xəstəliklərin yaranmasına gətirib çıxarıb. Artıq Yəməndə 2200-dən çox insan vəba xəstəliyindən dünyasını dəyişib. (deyerler.org)
 

Google+ WhatsApp ok.ru