Yəməndə  11 milyon uşaq  fəlakətlə qarşı-qarşıya

Yəməndə 11 milyon uşaq fəlakətlə qarşı-qarşıya

-- YUNİSEF Yəmənə təcili humanitar yardım çağırışı edib

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (YUNİSEF)  Yəməni dünyada uşaqların yaşaması üçün ən pis yer kimi təsvir edib. 
 
Maide.Az  beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistan rejiminin Yəmənə təcavüzü nəticəsində  bu ölkədə içməli su problemini böhran vəziyyətinə çatdırıb.  YUNİSEF  Səudiyyənin başlatdığı müharibə nəticsəində  təmiz içməli su borularının partladıldığını və  içməli su tapmağın mümkinsiz olduğunu bildirib və qeyd edib ki,  bu da müxtəlif  xəstəliklərə səbəb olur.  
 
YUNİSEF  Yəmənə təcili humanitar yardım çağırışı edib.  
 
Yəməni dünyada uşaqların yaşaması üçün ən pis yer kimi təsvir edən YUNİSEF qeyd edib ki,  daha çox yardım  çatdırılmazsa  11 milyon uşağın  fəlakətlə qarşı-qarşıya qalacağı xəbərdarlığını verib. 
 
YUNİSEF  son iki il yarımda Yəməndə  ağır yaralanan və ölən uşaqların sayının 5 min nəfəri keçdiyini, 2 milyon uşağın  qeyri-kafi bəsləndiyini qeyd edib. 
 
YUNİSEF 600 min uşağın  difteri kimi bəzi yolxucu xəstəliklərə qarşı  peyvənd olunmaq üçün gözlədiklərini vurğulayıb. 
 

Google+ WhatsApp ok.ru