Yəməndə son iki ayda 47 min nəfər  didərgin düşüb

Yəməndə son iki ayda 47 min nəfər didərgin düşüb

-- Yəmənin Taiz və Hudaydah bölgəsində artan gərginlik səbəbiylə

Birləşmiş Millətlər Təşkilatı (BMT) Yəmən son iki ayda  47 min nəfərin evlərindən didərgin düşdüyünü açıqlayıb. 
 
Maide.Az  “dunyabulteni”-nə istinadən xəbər verir ki, BMT-nin baş katibinin sözçüsü  Stephane Dujarric keçirdiyi mətbuat konfransında bildirib ki,  Yəmənin Taiz və Hudaydah bölgəsində artan  gərginlik səbəbiylə  son iki ayda  47 min nəfər evlərini tərk etmək məcburiyyətində qalıb. 
 
S.Dujarric  deyib ki, ötən il  SƏudiyyə Ərəbistanın  Yəmənə təcavüzü  və tətbiq etdiyi sanksiyalar  nəticəsində bu ölkədə böhran hələdə davam edir, ərzaq qiymətləri ötən illə müqayisədə  47 faiz artıb. 
 
Qeyd edək ki, Yəmən xalqının 75 faizinin  təcili yardımlara ehtiyacı var.  8 milyon yəməlinin özləri üçün daha bir gün yemək  tədarük etməyə belə imkanları yoxdur.
 
Xatırladaq ki, Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya  3 ilə yaxındır ki, Yəmən sabiq prezidenti  Mənsur  Hadini təkrar iqtidara  gətirmək məqsədilə  ölkəyə təcavüz etmiş.  Səudiyyə rejiminin  başçılığı ilə təşkil olunan təcavüz nəticəsində indiyədək  10 min Yəmənli həyatını itirib və 21233 yəmənli isə yaralanıb.  On minlərlə insan evlərindən didərgin düşüb.
 
BMT- nin verdiyi hesabata görə, Yəməndə tibbi ocaqları və xəstəxanaların  dağılması,işləməməsi və tibbi avadanlıq çatışmamazlığılna görə, 15 milyon yəmənli tibbi xidmətlərdən məhrumdur. Yəmənlilər sağlam qidalanmadığı üçün  hazırda 3 milyon nəfər insan vəba xəstəliyinə yoluxma təhlükəsi ilə üz-üzədir.
 

Google+ WhatsApp ok.ru