Yəməndən Səudiyyə Ərəbistanına raket atılıb

Yəməndən Səudiyyə Ərəbistanına raket atılıb

-- yaralılar var

Yəməndən Səudiyyə Ərəbistanına raket atılıb.
 
Maide.Az xəbər verir ki,  Səudiyyə Ərəbistanın  Yəmənə təcavüzünün cavabında yəmənlilərin atdığı raket Krallığın cənubundakı Nəcran qəsəbəsinə düşüb.
 
Hadisə nəticəsində 2 nəfər yaralanıb.
 
Xatırladaq ki, Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya  3 ilə yaxındır ki, Yəmən sabiq prezidenti  Mənsur  Hadini təkrar iqtidara  gətirmək məqsədilə  Yəmənə təcavüzü davam edir.  Səudiyyə rejiminin  başçılığı ilə təşkil olunan təcavüz nəticəsində indiyədək  10 min Yəmənli həyatını itirib və 21233 yəmənli isə yaralanıb.  On minlərlə insan evlərindən didərgin düşüb.
 
BMT- nin verdiyi hesabata görə, Yəməndə tibbi ocaqları və xəstəxanaların  dağılması,işləməməsi və tibbi avadanlıq çatışmamazlığılna görə, 15 milyon yəmənli tibbi xidmətlərdən məhrumdur. Yəmənlilər sağlam qidalanmadığı üçün  hazırda 3 milyon nəfər insan vəba xəstəliyinə yoluxma təhlükəsi ilə üz-üzədir.
 

Google+ WhatsApp ok.ru