Yəməndə tifoidin yayılması nəticəsində ölənlərin sayı çoxalır

Yəməndə tifoidin yayılması nəticəsində ölənlərin sayı çoxalır

-- Yəmənin müxtəlif əyalətlərində tifodi kimi yolxucu xəstəliklər çoxalıb

Yəməndə “tifoid”in (qarın yatalağı, mədə-bağırsaq xorası) yayılması nəticəsində ölənlərin sayı çoxalır.
Maide.Az "İQNA"-a istinadən xəbər verir ki, bu barədə Yəmənin Səhiyyə Nazirliyinin verdiyi məlumatda deyilir ki, 21 nəfər bu xəstəlikdən ölüb və 1280 nərə isə bu xəstəliyə yoluxmaq təhlükəsi ilə üz-üzədir. 
 
Yəmənin Səhiyyə Nazirliyinin sözçüsü Əbdül-Həkim Kəhlani bu barədə dedi: “Tifoid” xəstəliyi Yəmənin Beyza, Müdəynə, Miras, Vəlid Rəbi və s... şəhərlərində geniş yayılmışdır. Xəstəliyin yayılmasının əsas səbəbi uşaqların bu xəstəliyə qarşı peyvənd edilməməsidir. Beyzada bu xəstəlik ilə üz-üzə olan 101 nəfərin 94 nəfəri peyvənd edilməmişdir.
 
Səhiyyə Nazirliyinin sözçüsü qeyd edib ki, cari ayın sonlarınadək insanlar bu xəstəliyə qarşı müxtəlif şəhərlərdə peyvənd edilməyə başlayacaq.
 
Beyza əyalətinin Səhiyyə nümayəndəsi vurğulayıb ki, dərman və müalicə üçün lazım olan imkanların olmaması səbəb olub ki, insanlar arasında vəba, difteriya, qızılca və s... kimi yolxucu infoksiyon  xəstəliklər yayılmışdır.
 
UNİSEF elan edib ki, Yəmənin müxtəlif əyalətlərində tifodi kimi yolxucu xəstəliklər çoxalıb. Uşaqların canı təhlükədədir.  

Google+ WhatsApp ok.ru