Yəməndə 2017-ci ildə Səudiyyə Ərəbistanın təcavüzü nəticəsində hər gün ən az 5 uşaq öldürüldü

Yəməndə 2017-ci ildə Səudiyyə Ərəbistanın təcavüzü nəticəsində hər gün ən az 5 uşaq öldürüldü

-- Yəmənin `Ağır qeyri-kafi bəslənən” uşaqların sayına görə, dünyadakı ilk 3 ölkədən biridir

YUNİSEF Yəməndə 2017-ci ildə Səudiyyə Ərəbistanın təcavüzü nəticəsində hər gün ən az 5 uşağın öldürüldüyünü və ya ciddi yaralandığını açıqladı. 
 
Maide.Az  xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Yaxın Şərq və Şimali Afrika Regional direktoru Geert Cappelaere bildirib. 
 
Geert Cappelaere  deyib ki, ötən il Yəməndə həmçinin kolera ve difteriya epidemiyası nəticəsində də çox sayda uşaq həyatını itirib.  “Yəmənli uşaqlar 3 ildir ki, bu ölkəyə təhmil olunmuş müharibəyə görə  ciddi çatışmamazlıqlarla üz-zə qalıb.  Müharibə nəticəsində yəmənli uşaqlar arasında "Ağır qeyri-kafi bəslənmə" problem iki dəfə artıb. 
 
Yəmənin "Ağır qeyri-kafi bəslənən” uşaqların sayına görə, dünyadakı ilk  3 ölkədən biri olduğunu vurğulayan G.Cappelaere  bildirib ki, bu durumun daha da pisləşməsinin qarşısı alınmalıdır.  Yəməndə qıtlıq təhlükəsi  hələdə davam edir. 
 
G.Cappelaere  Yəməndə təqribən 2 milyon uşağın məktəbə getmədiyini açıqlayıb.  “Ölkədəki 2 min 500 məktəb müharibədə ya dağıdılıb,  ya hərbi məqsədlər üçün istifadə olunur və ya orada qaçqınlar məskunlaşdırılıb və dərslərin  keçirilməsi üçün yararsızdır”. 
 
Qeyd edək  ki, Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin 2015-ci ildən indiyədək Yəmənə amansız hücumları və təcavüzü nəticəsində 10 mindən çox uşaq və qadın həyatını itirib.  Ölkəyə huanitar yardımın əngəllənməsi səbəbindən kütləvi xəstəliklər hökm sürür. 3 milyon 400 min nəfərdən çox Yəmənli  evlərindən didərgin düşüb. 
 

Google+ WhatsApp ok.ru