Yəmən xalqı Səudiyyə rejiminin təcavüzünün üçüncü ildönümündə milyonluq mitinq keçirdi- FOTO/VİDEO

Yəmən xalqı Səudiyyə rejiminin təcavüzünün üçüncü ildönümündə milyonluq mitinq keçirdi- FOTO/VİDEO

-- Etirazçılar Səudiyyə rejiminin hərbi təcavüzkarlığının qurbanlarının şəkillərini...

Yəmən xalqı Səudiyyə rejimi və müttəfiqlərinin təcavüzkarlığının üçüncü ildönümünə qarşı paytaxt Sənada milyonluq mitinq keçirib.
 
Maide.Az "deyerler.org" istinadən xəbər verir ki, Səudiyyə rejimi, BƏƏ və ABŞ-ın apardığı müharibəni pisləmək üçün ölkənin hər tərəfindən böyük dəstələrlə gələn milyonluq kütlə Sənadakı Əl-Sabin meydanına axın edib.
 
Etirazçılar Səudiyyə rejiminin hərbi təcavüzkarlığının qurbanlarının şəkillərini, Yəmən inqilabının şüarlarını və bayrağını daşıyıblar. Yəmənlilər, həmçinin Ər-Riyadın hava hücumlarını pisləyən və hərbi təcavüzə qarşı müqavimətlərini bildirən şüarlar yazılmış plakatlar da qaldırıblar.
 
Səudiyyə rejiminin rəhbərlik etdiyi ərəb koalisiyası 2015-ci il mart ayının 26-da Yəmənə qarşı başlatdığı hərbi təcavüzkarlıqdan indiyə qədər bu kasıb ərəb ölkəsində14 mindən çox insan həlak olub. Səudiyyə rejiminin hava hücumları ölkənin infrastrukturunun böyük hissəsini, o cümlədən xəstəxanalar, məktəblər, yol və körpülər, məscidlər, içməli su sistemi və kanalizasiya qurğuları, bazarlar, fabriklər və zavodları ciddi dağıntılara məruz qoymuşdur.
 
BMT-nin son hesabatına görə, Yəməndə 22.2 milyon insan ərzaq yardımına möhtacdır, o cümlədən 8,4 milyon insan aclıq təhlükəsilə üzləşib.
 
UNİCEF martın 25-i etdiyi müraciətində, Yəmənin 350 milyon dollarlıq təcili humanitar yardıma ehtiyacının olduğunu qeyd edib.
 
2017-ci ildə Yəməndə hər gün beş uşaq öldürülüb. Yəmənlərin təxminən 80%-i yoxsulluq şəraitində yaşayır.
 
Bütün bunlara baxmayaraq, Yəmən xalqı işğalçı və təcavüzkar düşmənə qarşı mübarizədə qətiyyətini davam etdirir və martın 25-i gecə saatlarında Səudiyyə rejiminin paytaxtı Ər-Riyad başda olmaqla, Asir, Nəcran, Cizan və digər əyalətlərinə qarşı ballistik raketlə geniş miqyaslı əməliyyat keçirib.
 
Yəmən xalqı Səudiyyə rejiminin təcavüzünün üçüncü ildönümündə milyonluq mitinq keçirdi

Google+ WhatsApp ok.ru