Yəməndə difteriyaya yoluxmuş 84 nəfər həyatını itirib

Yəməndə difteriyaya yoluxmuş 84 nəfər həyatını itirib

-- 1516 nəfər difiteriyaya yoluxub

"2017-ci ilin  oktyabr ayından indiyədək Yəməndə difteriyaya yoluxmuş 84 nəfər həyatını itirib." 
 
Maide.Az  “elnashra” xəbər saytına istinadən xəbər verir ki,  bu barədə Ümumdünya Səhiyyə Təşkilatının yayımladığı açıqlamada bildirirlir.  Ötən ilin oktyabr ayından indiyədək Yəmənin 23 əyalətindən 20-də ( 333 şəhərdən 191-də) araşdırmalara görə, ümumilikdə 1516 nəfər difiteriyaya  yoluxub.  
 
Qeyd edək ki, Yəməndə difteriya epidemiyası 2017-ci ilin avqustundan başlayıb. Ötən ilin dekabrında Beynəlxalq Qızıl Xaç Komitəsi difteriyanın yayılma sürətinin artdığını bildirmişdi.
 
Xatırladaq ki, Səudiyyə rejiminin başçılığı altında körfəz ölkələrinin Yəmənə qarşı həyata keçirdiyi təcavüzkar hücumlar bu yoxsul ərəb ölkəsində qidalanma, təmiz su və tibbi ləvazimat çatışmazlığı kimi problemləri yaradıb. Nəticədə vəba virusu başda olmaqla difteriya epidemiyası kimi xəstəliklərin yaranmasına gətirib çıxarıb. Bu günə qədər 2200-dən çox insan vəba xəstəliyindən dünyasını dəyişib.

Google+ WhatsApp ok.ru