Yəməndəki vəziyyət faciə səviyyəsinə çatıb - Həyəcan təbili çalındı

Yəməndəki vəziyyət faciə səviyyəsinə çatıb - Həyəcan təbili çalındı

-- yəmənlilərin təcili olaraq təmiz su, ərzaq və dərmana ehtiyacları var

Beynəlxalq Qızıl Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyasının rəhbəri Françesko Rokka Yəməndə müşahidə olunan son vəziyyətdən danışıb.
 
Maide.Az “Shafaqna”ya istinadən xəbər verir ki, F.Rokka Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəməni havadan, qurudan və dənizdən blokadada saxlaması nəticəsində ərzaq qıtlığının yaşandığını və ölümcül xəstəliklərin yayıldığını bildirib.
 
O, hazırda yəmənlilərin təcili olaraq təmiz su, ərzaq və dərmana ehtiyaclarının olduğunu deyib.
 
Qeyd edək ki, S.Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələri 2015-ci ilin martından etibarən Yəmənə təcavüzünü davam etdirir.
 

Google+ WhatsApp ok.ru