Yəmən qüvvələri 160 Səudiyyəli muzdlunu əsir götürüb 18 İyun 2018 01:00 Yəmən Yəmənin qərb sahillərində Səudiyyə Ərəbistan rejiminin başçılıq etdiyi koalisiya qüvvələri ilə müharibədə koalisiya qüvvələrindən 160 nəfər əsir götürülüb. Bunu Ənsarullah Hərəkatının siyasi ofisinin üzvi Əli əl-İmad bildirib. Maide.Az xarici KİV-lərə istinadən xəbər verir ki, Ə.İmad deyib ki, əsirlər təcavüzkar qüvvələr tərəfindən qətlə yetirilməsin deyə Əl-Hudeyda bölgəsindən uzaqlaşdırılıb. Səudiyyə Ərəbistan rejiminin başçılıq etdiyi koalisiya qüvvələri Əl-Hudeyda limanını işğal etmək məqsədi ilə iyunun 13-dən bu bölgəyə geniş miqyaslı hücumlar başladıb. İndiyədək koalisiya qüvvələri Yəmən xalq könüllüləri və ordu tərəfindən çoxlu itgilərə məruz qalıb. Teqlər : #Yəmən qüvvələri 160 Səudiyyəli muzdlunu əsir götürüb , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BMT-dən xəbərdarlıq: Yəməndə humanitar vəziyyət çox pisdir BMT: Əl-Hudeyda bölgəsindən 5 min yəmənli ailə didərgin düşüb
Yəmən ordusu Səudiyyənin təcavüzünün cavabında ‘Saudi Aramco’ neft şirkətinə aid obyektə raket hücumu edib
Yəmən ordusu Səudiyyənin təcavüzünün cavabında ‘Saudi Aramco’ neft şirkətinə aid obyektə raket hücumu edib