Yəmən qüvvələri Səudiyyə rejiminin daha bir döyüş təyyarəsini vurdu

Yəmən qüvvələri Səudiyyə rejiminin daha bir döyüş təyyarəsini vurdu

-- son 48 saatda Səudiyyə rejiminin koalisiyasının 34 döyüşçüsünü öldürüb

Yəmənin Müdafiə Nazirliyi Səudiyyə Ərəbistanın cənubunda yerləşən Asir bölgəsində Səudiyyə rejiminə aid bir döyüş təyyarəsinin vurulduğunu bildirib.
 
Maide.Az "deyerler.org"a  istinadən xəbər verir ki, nazirlik iyulun 12-si verdiyi açıqlamasında, Səudiyyə rejiminin Hərbi Hava Qüvvələrinə məxsus Tornado tipli döyüş təyyarəsinin Yəmənin Saada bölgəsini bombaladıqdan sonra, Asir əyalətində vurulduğunu bildirib.
 
Yəmən qüvvələri Səudiyyə rejiminin döyüş təyyarəsini vurduqlarını açıqlasalar da, ancaq Səudiyyə rejimi bu hadisəni təkzib edib. Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiyanın sözçüsü Turki əl-Maliki açıqlamasında Səudiyyə rejiminin Hərbi Hava Qüvvələrinə məxsus Tornado tipli hərbi təyyarənin texniki nasazlıq səbəbindən qəzaya düşdüyünü deyib. O, təyyarədəki hər 2 pilotun xilas olduğunu da bildirib.
 
Bu arada, Yəmən ordusu və Ənsarullah hərəkatının qüvvələri son 48 saatda Səudiyyə rejiminin 23 əsgərini məhv ediblər.
 
Yəmən qüvvələri son 48 saatda Səudiyyə rejiminin koalisiyasının 34 döyüşçüsünü öldürüb, bunların 23-nün Səudiyyə rejiminin əsgəri olduğu bildirilir. Öldürülənlərin ən azı 6-sı Hudeydanın cənubundakı qarşıdurmalarda məhv edilib. Koalisiyanın 3 əsgəri Əl-Coufda, digər 3 əsgər isə Lahic vilayətində öldürülüb.
 
Öldürülənlərin böyük əksəriyyəti Səudiyyə rejiminin cənubundakı bölgələrdə hədəfə alınıb. Səudiyyə rejiminin 19 əsgəri Cizan bölgəsində, 4-ü isə Asir və Nəcranda öldürülüb.
 
 
 

Google+ WhatsApp ok.ru