Yəməndə 5 milyondan çox uşaq aclıqla üz-üzədir

Yəməndə 5 milyondan çox uşaq aclıqla üz-üzədir

Yəməndə 5,2 milyon uşaq aclıq riskiylə üz-üzədir.
 
Maide.Az xarici KİV-lərə istinadla xəbər verir ki, belə bir xəbərdarlıqla “Save the Children” təşkilatı çıxış edib.
 
Səudiyyə Ərəbistanı və koalisiya qüvvələrinin təcavüzünə məruz qalmış  Yəmənin Hudeydə bölgəsində döyüşlər qızışır, ərzaq isə bahalanır.
 
“Bu müharibə Yəməndəki uşaqların bütöv bir nəslini məhv etmək riski yaradır. Bu uşaqlar çoxsaylı hədələrlə üz-üzədirlər – bombalardan tutmuş aclığa, xolera kimi yoluxucu xəstəliklərə qədər”, – təşkilatın rəhbəri Helle Thorning-Schmidt sentyabrın 19-da deyib.
 
Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin 2015-ci ildən indiyədək Yəmənə amansız hücumları və təcavüzü nəticəsində rəsmi məlumatlara görə, 10 mindən çox uşaq və qadın həyatını itirib, 55 min nəfər yaralanıb, 8, 4 milyon nəfərin aclıq həddinə yaxınlaşdığı bildirilir. 
 
Ölkəyə huanitar yardımın əngəllənməsi səbəbindən Yəməndə kütləvi xəstəliklər hökm sürür.
 

 

Google+ WhatsApp ok.ru