Yəmən muharibəsinin qurbanları əsasən uşaqlardır

Yəmən muharibəsinin qurbanları əsasən uşaqlardır

14 milyon yəmənli aclıqdan ölə bilər

Hazırkı vəziyyət davam edərsə qarşıdan gələn bir neçə ay ərzində 14 milyon  yəmənli  aclıqla üzləşəcək. 
 
Maide.Az  “Əl-Əhd” saytına istinadla xəbər verir ki, bunu BMT baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə yardım üzrə koordinator Mark Loukok bildirib
 
M.Loukok Yəməndəki böhranlı vəziyyətlə bağlı məlumatı  BMT Təhlükəsizlik Şurasının üzvlərinə çatdırıb.  “Yəmən xalqının  75 faizinin  (təqribən 22 milyon nəfərinin) yardıma və dəstəyə ehtiyacı var.  8 milyon nəfərin isə təcili ərzaq yardımına ehtiyacı var.”
 
M.Loukok Yəməndə aclıq vəziyyətinin böhranlı olmasının bir başa  müharibə ilə əlaqəli olduğunu vurğulayıb və deyib ki,  bu ölkədə  benzinin qiyməti 45 faiz qalxıb, riyalın qiyməti isə 47 faiz dəyərini itirib. 
 
Yəmən muharibəsinin qurbanları əsasən uşaqlardır
 
Yəmən Səhiyyə Nazirliyi ölkədə uşaqların acınacaqlı və dəhşətli vəziyyəti barədə məlumat yayıb.
 
Nazirlikdən verilən məlumata əsasən Yəməndə hər 3 uşaqdan biri aclıqdan əziyyət çəkir. 1milyon 200minə yaxın uşaqdan 400 mindən artığının vəziyyəti çox ağırdır.
 
Hər on dəqiqə bir uşaq ölür (Birləşmiş Millətlər Təşkilatının son statistikasına görə).
 
Qeyd edək ki, 27 milyondan artıq əhaliyə malik Yəməndə 16.37 milyon insanın əsas səhiyyə xidmətlərinə ehtiyacının olduğu qeyd olunan hesabatda, belə bildirilib: “Yəməndə, təxminən 2.2 milyon uşaq qeyri-kafi qidalanma problemindən zəiyyət çəkir. Bu uşaqların təcili qayğıya ehtiyacı var. Bu uşaqlardan şiddətli kəskin qeyri-kafi qidalanma problemi olan 400 min nəfərə isə təcili yardım edilməzsə, ölə bilərlər”.
 
Xatırladaq ki, Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin 2015-ci ildən indiyədək Yəmənə amansız hücumları və təcavüzü nəticəsində və humanitar yardımın əngəllənməsi səbəbindən ölkədə kütləvi xəstəliklər hökm sürür.

 

Google+ WhatsApp ok.ru