Yəmən müzakirələri Avropada keçiriləcək 26 Oktyabr 2018 14:55 Yəmən İlin sonuna kimi Yəmən üzrə danışıqlar Avropada keçiriləcək. Maide.Az xəbər verir ki, bunu BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qrifits Əl-Ərəbiyyə kanalı ilə müsahibəsində deyib. O qeyd edib ki, ümid edirəm bu müzakirələr gələn ay Cenevrə və ya Vyanada təşkil olunacaq. Qeyd edək ki, bundan öncəki danışıqların Cenevrədə keçirilməsi planlaşdırılırdı. Lakin Səudiyyə Ərəbistan Ənsarullah nümayəndə heyətini gətirmək üçün Yəmənə uçan Oman təyyarəsinin Səna hava limanına oturmasına icazə vermədiyi üçün danışıqlar təxirə düşmüşdü. Xatırladaq ki, Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin 2015-ci ildən indiyədək Yəmənə amansız hücumları və təcavüzü nəticəsində və humanitar yardımın əngəllənməsi səbəbindən ölkədə kütləvi xəstəliklər hökm sürür. Bu müddət ərzində 25 min civarında mülki şəxsin həyatını itirdiyi deyilir. Teqlər : #Yəmən,#müzakirələri,#Avropada,#keçiriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səudiyyə və müttəfiqləri Yəməndə bazarı bombaladı – 20 ölü var /VİDEO/ Bu müəllimin evində 700 şagird təhsil alır - FOTO
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'