Yəmən neft və qaz ixracını bərpa edir

Yəmən neft və qaz ixracını bərpa edir

Yəməndə münaqişə edən tərəflər neft və qaz ixracına yenidən başlanması ilə bağlı razılığa gəliblər.

“Report” xəbər verir ki, bu barədə İsveçdə tərəflərin nümayəndə heyətlərinə istinadən "Reuters" məlumat yayıb.

Bundan əvvəl Küveyt əmri Sabah Əl-Əhməd Əs-Sabah Yəməndə davam etməkdə olan münaqişənin bütün Fars körfəzi ölkələri üçün birbaşa təhlükə olduğunu bəyan edib.

Qeyd edək ki, artıq 5 ilə yaxındır  ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb.

 

Amansız hücumlar nəticəsində 85 min yəmənli həyatını itirib və ya yaralanıb.  Öldürülənlərdən 16 min nəfəri dinc sakinlərdir.  8,4 milyon nəfərin aclıq həddinə yaxınlaşdığı bildirilir. 



Google+ WhatsApp ok.ru