Yəmənin Səudiyyə koalisiyasının 150 hərbçisini məhv etməsi təsdiqləndi

Yəmənin Səudiyyə koalisiyasının 150 hərbçisini məhv etməsi təsdiqləndi

Yəmən ordusu və inqilabi xalq komitələri qüvvələrinin Səudiyyə rejiminin və tərəfdaşlarının Lahicdəki bazalarına qarşı PUA-larla etdiyi hücumlarda 150-dən artıq Səudiyyə rejiminin muzdlusunun öldüyü və yaralandığı bildirilib.
 
Maide.Az "deyerler.org"a istinadən xəbər verir ki, Əl-Məşhəd Əl-Yəməni bazasına qarşı keçirilən əməliyyatlar vaxtı Yəmənin istefa verən sabiq baş qərargah rəisi Abdullah Əl-Nəcəfinin yaralandığı və Səudiyyə rejiminin koalisiyasına sadiq bir neçə yüksək vəzifəli şəxslərin də öldüyü bildirilib.
 
Xəbərə görə, Yəmənin istefa verən sabiq baş qərargah rəisinin müavini Saleh Əl-Zəndani və Yəmən Xüsusi Xidmət Orqanının sədri Məhəmməd Saleh və Yəmənin istefa vermiş hökumətinin komandirlərindən Sabit Cəvasın da bu hücumlar vaxtı yaralandığı qeyd olunub.
Xəbərdə, həmçinin bu əməliyyatın Əl-Ənad bazasındakı təcavüzkar qüvvələrə qarşı dəqiq araşdırmalar və hesablamalar nəticəsində keçirildiyi və hücumlar nəticəsində onlarla təcavüzkarın öldüyü və yaralandığı vurğulanıb.

Google+ WhatsApp ok.ru