Yəməndə tərəflər yerdəyişmə aktını imzalayıb

Yəməndə tərəflər yerdəyişmə aktını imzalayıb

Yəməndə münaqişə tərəfləri 16-17 fevral tarixində keçirilən dördüncü birgə iclas zamanı qoşunların yenidən yerləşdirilməsinin birinci mərhələsində razılığa gəliblər.
 
Maide.Az "FaktXəbər"ə istinadla bildirir ki, "Köçürmə məsələləri üzrə koordinasiya komitəsinin sədri tərəfindən uzun, lakin konstruktiv müzakirələrdən sonra tərəflər qüvvələrin qarşılıqlı yenidən yerləşdirilməsinin birinci mərhələsinə dair razılığa gəliblər",-deyə BMT-nin rəsmi saytında qeyd olunur.
 
Qeyd edək ki, yanvar ayında BMT Təhlükəsizlik Şurası yekdilliklə Yəmənin Hudeyda şəhəri (UNMHA) üzrə BMT missiyasının yaradılması barədə qətnaməyə səs verib.
 

Google+ WhatsApp ok.ru