Yəmənin işğalında Londonun rolu var

Yəmənin işğalında Londonun rolu var

Yəmənin paytaxt Sənadakı Milli Qurtuluş Hökumətinin sözçüsü Zeyfullah Əş-Şami Britaniyanın xarici işləır naziri Ceremi Hantın Ədən şəhərinə səfərindən əvvəl verdiyi açıqlamalarına reaksiya verərək, Hantın bəyanatlarının Yəmənin işğalında Londonun rolunun göstəricisi olduğunu bildirib.
 
Maide.Az "deyerler.org"a istinadən xəbər verir ki, Zeyfullah Əş-Şami Varşava iclasından sonra Britaniyanın gizli şəkildə Yəmənin işğalı kontekstində praktiki addımlar atmağa başladığını bildirib. Britaniyanın xarici işlər naziri Ceremi Hant bir neçə gün əvvəl Səudiyyə rejiminə səfərindən sonra qızışdırıcı bir hərəkət edərək, Ədənə səfər edib.
 
Keçən illərdə Yəmənin cənubunu işğal edən London, bu ölkədə strateji hədəflər və maraqlarının təmin olunmasına çalışmışdı, indi isə, Birləşmiş Ərəb Əmirliyi və digər ərəb və yerli vasitələrinin əli ilə keçmiş səhvlərini düzəltməyə çalışır, Yəmənin cənub işğalını yeni bir forma ilə qorumaq istəyir
 
Britaniyanın Yəməndə və xüsusilə ölkənin cənubundakı gizli fəaliyyətləri, bu şəhərin 128 il ərzində istismar prosesini xatırlatsa da, Londonun Yəməndə mənafeyini itirməsini heç vaxt qəbul etmədiyini göstərir.
 
Ən-Nəcm Əs-Saqib saytı verdiyi hesabatında, Britaniyanın Yəmənə yenə də işğalçı qüvvə kimi qayıtmaq üsulunu sınadığını və Britaniyanın yerli və ərəb vasitələr ilə keçmiş səhvlərini düzəldərək Yəmənə geri qayıtdığını yazıb: "Britaniya heç vaxt Yəmən xalqına xidmət mövzusunda və maraqlarının təmin olunması üçün dinc bir üsul arxasınca olmadı və hələ də eyni yolla gedir. Londonun birinci hədəfi Amerika və sionist rejim tərəfindən Yəməndə yaradılan bataqlıqdan müttəfiqlərini xilas etmək və ikinci hədəfi isə Yəməni bir neçə müstəqil bölgəyə parçalamaqdır.
 
Londonun Yəmən müharibəsində rolu aydın görünür və bu istiqamətdəki nifaqa əsaslanan siyasətləri istisna edilə bilməz. Səudiyyə rejimini müxtəlif silah müqavilələri ilə təchiz etmək və Ər-Riyad rejiminə müasir və hətta qadağan olunmuş silahlar vermək, həmçinin müxtəlif beynəlxalq iclaslar, hüquqi və humanitar təşkilatlarda Amerika ilə əməkdaşlıq edərək, Səudiyyə rejiminə dəstək verməsi isə, bu kontekstdə qiymətləndirilməlidir.
 
Əslində bir çox fitnəkar və hökmdar ölkənin Yəmənə və xüsusən Ədən şəhərinə göz dikdiyini qeyd etmək lazımdır. İndi də eyni vəziyyət davam edir və həmin ölkələr Qırmızı dəniz və Ədən Körfəzində yerləşən bazalarını möhkəmləndirmək və Hind okeanına hakim olmaq niyyətindədirlər, çünki bu siyasət bölgəyə siyasi və iqtisadi hakim olmağa səbəb olacaq. Təbii ki, Britaniya bu məsələdə istisna deyil.
 
Ədən hər zaman istismarçı ölkələr və imperialist qüvvələrinin işğalına şahid olub və indi də BƏƏ-nin Yəmənin cənubundakı rolu isə, bu şəhər və Yəmən adalarının Britaniya tərəfindən işğal olunduğu dövrünü xatırladır.
 
Britaniyanın Yəməndəki nüfuzu, Qırmızı dənizin girişində yerləşən Pərim adasını 1799-ci ildə işğalı ilə başlayıb. Sonra Ədən limanının Qırmızı dənizə giriş açarı olması baxımından əhəmiyyəti nəzərə alınaraq, 1839-cu ildə şəhər sakinlərinin gərgin müqavimətinə baxmayaraq işğalı altına keçirib. Hazırda Britaniya bir daha Ədən və Yəmənin cənub əyalətlərini işğal etməyə çalışır. Amma bu dəfə taktika dəyişdirərək, bu işğalçılığı BƏƏ kimi vəkalət qüvvələri ilə həyata keçirir.
 
Bu istiqamətdə hərbi hərəkatı BƏƏ üzərinə götürsə də, regional sahədə bir neçə yerli qanadın liderliyində Ədən, Əbyən və Lahicdə bir təhlükəsizlik qovşağı yaradılaraq, yerli orduları hazırlama və silahlandırma işlərinə davam edir".

Google+ WhatsApp ok.ru