Yəmənin Səhiyyə Nazirliyi: ‘Sənada vəba epidemiyası şiddətləndi’ 14 Mart 2019 15:55 Yəmən Yəmənin Səhiyyə Nazirliyinin sözçüsü Yusif Xazəri vəba epidemiyasının paytaxt Sənada şiddətləndiyini bildirib. Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, Yusif Xazəri mövzu haqqında verdiyi açıqlamasında, Sənada xəstəxanaların hər gün 100-ə qədər vəba xəstəliyinə yoluxan xəstəni qəbul etdiyini, bu xəstəxanaların yeni xəstələri qəbul edəcək tutumunun olmadığını bildirib. Sözçü Səhiyyə Nazirliyinin müharibə və blokada səbəbindən üzləşdiyi məhdud imkanlara rəğmən vəba epidemiyasını azaltmaq üçün bütün səylərini istifadə etdiyini qeyd edib. Xazəri, həmçinin beynəlxalq qurum və təşkilatlardan vəba epidemiyası ilə mübarizə üçün Yəmənə yardım etmələrini istəyib. Yəməndə indiyə qədər 2500 nəfər vəba xəstəliyi səbəbindən həyatını itirib, 1.2 milyon insan da vəba epidemiyasından təsirlənib. Teqlər : #Yəmənin,#Səhiyyə,#Nazirliyi:,#‘Sənada,#vəba,#epidemiyası,#şiddətləndi’, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəmənli qadınlar Səudiyyə Ərəbistanının qətliamına qarşı aksiya keçirdilər – VİDEO Yəməndə 4 mindən çox insan vəba xəstəliyinə yoluxub
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'