Yəməndə 4 mindən çox insan vəba xəstəliyinə yoluxub

Yəməndə 4 mindən çox insan vəba xəstəliyinə yoluxub

Yəməndə 4 mindən çox insan vəba xəstəliyinə yoluxub. Onlardan azı 12 nəfəri dünyasını dəyişib.
 
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Departamentinin rəhbəri Mathar Abbas əl-Mirvaniyə istinadən SABA agentliyi məlumat yayıb.
 
O bildirib ki, vəba xəstəliyi üzrə ixtisaslaşan xəstəxana və tibb mərkəzləri martın 12-dən 15,2 min nəfərdən çox vəbəya yoluxduğu ehtimal edilən şəxs qəbul ediblər.
 
Mathar Abbas əl-Mirvaninin sözlərinə görə, laboratoriya müayinələri zamanı 4,2 min nəfərdə xəstəliyin simptomları aşkar olunub.
 

Google+ WhatsApp ok.ru