Yəhudilər fələstinliləri öldürmək üçün su quyusuna zəhər atıb

Yəhudilər fələstinliləri öldürmək üçün su quyusuna zəhər atıb

Əl-Xəlilin cənubundakı Yatta bölgəsinin şərqində Maon yəhudi yaşayış məntəqəsi sakini yəhudi miqrantlar dünən fələstinliləri öldürmək üçün su quyusuna zəhər atıb.
 
Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, İordan çayın qərb sahilinin cənubundakı milli və xalq komitələri koordinatoru Ratib əl-Cubur əl-Hamra bölgəsində yəhudilərin fələstinli çobanların istifadə etdiyi bir quyuya zəhərli maddə atdıqlarını deyib.
 
Yəhudilərin yaşayış məntəqəsi yaxınlığındakı su quyusunu zəhərləyərək, fələstinli çobanları və qoyunlarını öldürmək istədikləri qeyd edilib.
 
Yattanın əl-Məsafər əş-Şərqiyyə bölgəsində yəhudilərin qarşıdurma yaradıb fələstinli çobanları narahat etdiyi və fələstinliləri bölgədən zorla uzaqlaşdırıb ərazilərini ələ keçirmək istədiyi bildirilib.
 
Yəhudi miqrantlar hər fürsətdə fələstinlilərə, evlərinə və iş yerlərinə hücum edir, nəqliyyat vasitələrini və təsərrüfat ərazilərini məhv edir.
 
Hücumlara göz yuman İsrail rejimi qüvvələri basqınlar zamanı yəhudilərlə fələstinlilər arasında qarşıdurma olduqda yəhudiləri qoruyur.
 

Google+ WhatsApp ok.ru