Yəməndə hər iki saatdan bir 6 körpə ölür

Yəməndə hər iki saatdan bir 6 körpə ölür

Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondu (red-UNICEF) Yəməndə ölən uşaqların statistikasını açıqlayıb.

UNICEF bəyan edib ki, Yəməndə hər iki saat ərzində 1 ana və 6 körpə ölür.

“Analar və körpələri Yəməndə ən zəif insanlardırlar”, - deyə bildirilib.

Qeyd olunub ki, müharibə dayanmasa, ölümlər daha da artacaq.

Qeyd edək ki, artıq 5 ildən çoxdur ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb.  Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır.  
 
Bu müddət ərzində Səudiyyə Ərəbistanının  başçılıq etdiyi koalisiya qüvvələri Yəmənə 19 mindən artıq  hava hücumu təşkil edib.  Qeyri-rəsmi məlumatlara görə, 60 mindən artıq  dinc sakin şəhid edilib.  20 milyondan artıq insan ərzaq yardımına möhtacdı. 18 milyon insan təmiz su içmə problemi iilə üz-üzədir  %30 uşaqlar məktəblərə gedə bilmir.  3 milyon insan evlərini tərk etmək məcburiyyətində qalıb./eastnews.org/

Google+ WhatsApp ok.ru