Yəmənlilər hücum etdi, Səudiyyə rejiminin iki hava limanının fəaliyyətləri dayandı

Yəmənlilər hücum etdi, Səudiyyə rejiminin iki hava limanının fəaliyyətləri dayandı

Yəmənin pilotsuz  uçuş aparatlarının (PUA) Səudiyyə rejiminin təcavüzkarlığına cavab olaraq geniş miqyaslı hücumlarını davam etdirməsiylə birlikdə, Səudiyyə rejiminin Əbna və Cizan hava limanları fəaliyyətlərini dayandırmağa məcbur olub.
 
Maide.Az "deyerler.org"a istinadən xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii açıqlama verərək, PUA-ların Səudiyyə rejiminin Əbna və Cizan hava limanlarına qarşı hücumları nəticəsində fəaliyyətlərini dayandırdığını bildirib.
 
Sözçü Səudiyyə rejiminin təcavüzkarlığını davam etdirməsi təqdirdə, qarşıdakı günlərdə daha ağır hücumlara məruz qalacağını qeyd edib.
 
“Səudiyyə rejimini blokadasını və hücumlarını davam etdirəcəyi təqdirdə, daha sərt cavab zərbələrimizlə qarşılaşacağını bildiririk”, - deyə general mayor Yəhya Sərii bildirib.
 
Qeyd edək ki, artıq 5 ildən çoxdur ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb.  Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır.  
 
Bu müddət ərzində Səudiyyə Ərəbistanının  başçılıq etdiyi koalisiya qüvvələri Yəmənə 19 mindən artıq  hava hücumu təşkil edib.  Qeyri-rəsmi məlumatlara görə, 60 mindən artıq  dinc sakin şəhid edilib.  20 milyondan artıq insan ərzaq yardımına möhtacdı. 18 milyon insan təmiz su içmə problemi iilə üz-üzədir  %30 uşaqlar məktəblərə gedə bilmir.  3 milyon insan evlərini tərk etmək məcburiyyətində qalıb. 
 
 
 
 

Google+ WhatsApp ok.ru