Yəmən qüvvələri Səudiyyənin Elekstrik Stansiyasını qanadlı raketlərlə vurub

Yəmən qüvvələri Səudiyyənin Elekstrik Stansiyasını qanadlı raketlərlə vurub

Ər-Riyad və ona müttəfiq qüvvələrin ölkədə apardıqları işğalçı müharibəsinə cavab olaraq Yəmən qüvvələri Səudiyyə Ərəbistanının cənub qərbində Cizan əyalətində  Elektrik Stansiyasını qanadlı raketlərlə vurub.
 
Maide.Az "FaktXeber"-ə istinadla xəbər verir ki, bu barədə Yəmən Silahlı Qüvvələrinin  briqada generalı Yəhya  Sari xəbər verib.
 
Bildirilir ki, raket Əl-Şukayk rayonunda Elektrik stansiyasına düşüb.
 
«Bu Ər-Riyad başda olmaqla koalisiya qüvvələrinin həyata keçirdikləri  cinayət və blokadlaya cavab olaraq həyata keçirilib», - deyə vurğulayan general işğalçılıq siyasətlərinin davam etdiyi müddətdə Səudiyyə Ərəbistanının həyati vacb obyektlərinə hücumların davam edəcəyinə vəd verib.
 
Qeyd edək ki, son günlərdə yəmənlilərin  Səudiyyə Ərəbistanının obyekt və infrastrukturlarına hücumları artıb.
 
Xatırladaq ki, Səudiyyə rejiminin birbaşa diqtəsi ilə hökumət idarə edən Yəmən prezidenti Mənsur Hadi buna etiraz edən xalqa qarşı zor tətbiq etdikdən sonra ölkə boyu kütləvi aksiyalar həyata keçirilmişdi. Xalq Mənsur Hadidən islahatlar həyata keçirməyi və Səudiyyənin tapşırıqlarının yerinə yetirməməyi tələb edirdi. Uzun müddətli aksiyalar zamanı prezidentin əmri ilə xalqa qarşı sıxılan güllə vəziyyəti bir qədər də gərginləşdirdi və Mənsur Hadi ölkədən qaçaraq Səud rejiminə sığındı. Buradan isə öz xalqına qarşı müharibə elan etdi. Bəzi ərəb ölkələrini bu müharibəyə səslədi və yaradılan koalisiya bu gün də Yəməni bombalayır. Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 21 milyon əhalisi olan Yəmənin 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi Ənsarullah Hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar.
 

Google+ WhatsApp ok.ru