Yəməndən Səudiyyə rejiminə növbəti güclü zərbə

Yəməndən Səudiyyə rejiminə növbəti güclü zərbə

Yəmən ordusu və inqilabi xalq komitələri (Ənsarullah) Səudiyyə rejiminin Asir əyalətindəki Əbha Aeroportu və Cizandakı Beynəlxalq Aeroportu bombardman edib.
 Əbha və Cizan aeroportlarına pilotsuz uçuş aparatları (PUA) ilə təşkil olunan hücumlarda 3 aeroport əməkdaşı ölüb, 12 nəfər də yaralanıb.

Yəmən Silahlı Qüvvələri Yəmənə qarşı təcavüzkar hücumların davam etdiyi müddətə qədər, Səudiyyə rejiminin ağır cavab zərbələri alacağını bildirib.

Yəmən ordusu Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiyadakı Sudan əsgərlərinin Midi səhrasında yerləşən mövqelərini Zilzal-1 raketləri ilə vurması nəticəsində 23 Sudan əsgəri ölüb, xeyli sayda Sudan əsgəri də yaralanıb.

Yəmən ordusu və Ənsarullah qüvvələri təcavüzkar Səudiyyə rejiminin koalisiyasına aid bir daha bir kəşfiyyat PUA-sını Səudiyyə rejiminin cənubundakı Nəcran əyalətinin Əs-Sədis bölgəsində vuraraq, yerə salıb.


Son iki gündə Həccah və Hudeyda vilayətlərində də Səudiyyə rejiminə aid 2 PUA vurulub./deyerler.org/

Google+ WhatsApp ok.ru