Yəməndə vəba epidemiyası ilə bağlı yeni hesabat

Yəməndə vəba epidemiyası ilə bağlı yeni hesabat

2018-ci ildən indiyədək Yəməndə 1 milyondan çox insanın vəba xəstəliyinə tutulması barədə şübhələr var.
 
Maide.Az İQNA-a istinadla xəbər verir ki,  bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınların İşi Üzrə Ali Komissarlığı ötən gün yayımladığı hesabatda bildirib. 
 
Məlumatda bildirilir ki, BMT Qaçqınların İşi Üzrə Ali Komissarlığı indiyədək Yəməndə 27 min nəfərdən çox insanı vəba ilə mübarizə və bu epidemiyadan qorunmaq yolları barədə məlumatlandırıb.    
 
Qeyd edək ki, iyul ayında  vəbaya yoluxanların sayı 460 min nəfər və bu epidemiyadan ölənlərin sayı isə 705 nəfər elan olunmuşdu. 
 
Statistik rəqəmlər vəbaya yoluxanlar arasında 200 mindən çoxunun  azyaşlı oluğunu göstərir. 
 
Qeyd edək ki, vəba epidemiyası  2016-cı ilin oktyabr ayından Yəməndə geniş  yayılıb.  2017-ci ildə  bu ölkənin 10 əyalətində  epiddemiya daha geniş yayılıb. Vəbadan paytaxt Sənada ölənlərin sayı daha çoxdur.
 
Səhiyyə Nazirliyinin  məlumatına görə,   ölkənin 22 əyalətindən 20-də  vəba epidemiyasına yoluxanların sayı artır. 
 
Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin 2015-ci ildən indiyədək Yəmənə amansız hücumları və təcavüzü nəticəsində rəsmi məlumatlara görə, 10 mindən çox uşaq və qadın həyatını itirib, 55 min nəfər yaralanıb, 8,4 milyon nəfərin aclıq həddinə yaxınlaşdığı bildirilir. 
 
Səudiyyə Ərəbistanı rejiminin Yəməni mühasirədə saxlaması və ölkəyə humanitar yardımın əngəllənməsi səbəbindən Yəməndə kütləvi xəstəliklər hökm sürür.
 
Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşi Üzrə Ali Komissarlığı indiyədək Yəməndə 27 min nəfərdən çox insanı vəba ilə mübarizə və bu epidemiyadan qorunmaq yolları barədə məlumatlandırıb.    
 

 

Google+ WhatsApp ok.ru