Yəmən ordusu Səudiyyə ordusuna məxsus vertolyotu vurdu 29 Noyabr 2019 14:09 Yəmən Yəmən ordusu Hava Hücumunda Müdafiə Qüvvələri Səudiyyə Ərəbistana məxsus “Apache” hərbi vertolyotunu Əsir vilayəti ərazində vurub. Bu barədə Yəmən ordusunun rəsmisi briqada generalı Yəhya Sari məlumat verib. Onun sözlərinə əsasən, Səudiyyə Ərəbistanına məxsus “Apache” vertolyotu Əsir vilayətində hərbi əməliyyatlar zamanı yeni yer-hava raketi vasitəsilə vurulub. Yəmən ordu rəsmisi yeni raket barədə daha sonra açıqlama verəcəklərini bildirib. Vurulan vertolyotun iki heyət üzvünün öldüyü və vertolyotun tam məhv edildiyi qeyd edilir. Yəmən ordu rəsmisi Yəmən hava məkanını pozmaq istəyənlərin müqavimət göstəriləcəyi və hava sahəsini tam mühafizə edənə qədər gücləndirmə işlərini davam edcəklərini vurğulayıb. Xatırladaq ki, 2015-ci ildən bu günə kimi Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə təcavüz edir. Hərbi təcavüz nəticəsində on minlərlə insan həyatını itirib, milyonlarla insan xəstəliyə məhkum olub və məcburi köçkün vəziyyətinə düşüb. Səudiyyə və tərəfdaşları dəniz və havadan blokada şəraitində olan Yəmənə zəruri ərzaq və tibbi ləvazimatın daxil olmasına mane olur. Hazırda blokada nəticəsində milyonlarla yəmənli ağır şərtlər altında yaşamağa məcburdur. /eastnews.org/ Teqlər : #Yəmən,#ordusu,#Səudiyyə,#ordusuna,#məxsus,#vertolyotu,#vurdu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəməndə vəba epidemiyası ilə bağlı yeni hesabat Səudiyyə koalisiyasının Yəmənli uşaqların qətli ilə bağlı dəhşətli statistika
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'