Yəmənli nazir ölkəsinin təbii sərvətlərinin də hücuma məruz qaldığını açıqladı

Yəmənli nazir ölkəsinin təbii sərvətlərinin də hücuma məruz qaldığını açıqladı

Yəmənin paytaxtı Sənadakı hökumətin Təbii Sərvətlər naziri Məhəmməd əl-Zəbiri Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələrini ittiham edən açıqlama verib.   

Nazir vurğulayıb ki, Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələri Yəmənin sahil sularını kimyəvi və bioloji olaraq kirlədib. 

 "Bu çox ciddi haldır. Səudiyyə Ərəbistanı bununla həm də dünyaya ziyan vurmuş olur. Unutmaq lazım deyil ki, təbiətə vurulan hər bir zərbə bütün bəşəriyyətə yönəlmiş sayılır", - deyə Məhəmməd əl-Zəbiri diqqətə çatdırıb. 

O, qeyd edib ki, bu gün Yəmən sahillərində çox sayda ölü balıqların qalıqlarına baxış keçirilib və araşdırma nəticələri kimyəvi qırılma olduğunu ortaya çıxarıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, ABŞ, BƏƏ və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayında Yəmənə təcavüz edir və ona qurudan, dənizdən və havadan blokada tətbiq edir.
 
Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəməndəki hərbi əməliyyatları 16 mindən çox yəmənlinin ölümünə, on minlərlə insanın xəsarət almasına səbəb olub.
 
Səudiyyə Ərəbistanının hərbi işğalı son dərəcə kasıb olan ərəb ölkəsi Yəmən üçün həm də kəskin ərzaq və dərman qıtlığına səbəb olub. /eastnews.org/

Google+ WhatsApp ok.ru