Yəmən ordusu daha bir cəbhədə qələbələr əldə etdi 13 Mart 2020 13:21 Yəmən Yəmən mənbələri bu ölkənin ordu birliklərinin Məarib vilayətinin mühüm nöqtələrində irəliləyə bildiriklərini xəbər verib. Maide.Az "Deyerler.org"a istinadla xəbər verir ki, Yəmən ordusu və inqilabi xalq komitələrinin qüvvələri bu gün (12 mart) təcavüzkar Səudiyyə rejiminin koalisiya qüvvələrinə qarşı döyüşlərdən sonra, Məarib vilayətinin Sərvah mahalındakı bir neçə strateji bölgədə nəzarəti təmin etməyi bacarıb. Yəmən birlikləri, həmçinin Məarib vilayətinin Talaat Əl-Həmra bölgəsində nəzarəti təmin etməyi bacarıb. Bu uğurdan sonra Sərvah cəbhəsi hərbi baxımdan tamamilə Yəmən ordusunun nəzarətinə keçib. Yəmənin ordu birlikləri bir neçə gün əvvəl də Səudiyyə rejiminin koalisiya qüvvələrinin Sənaya qarşı hücumuna cavab olaraq, böyük bir əməliyyat reallaşdıraraq, Əl-Cəvf vilayətinin mərkəzi şəhəri Əl-Həzm və Məarib vilayətinin bəzi nöqtələrini ələ keçirməyi bacarmışdı. Teqlər : #Yəmən,#ordusu,#daha,#bir,#cəbhədə,#qələbələr,#əldə,#etdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəmənin işğal altındakı ərazilərinə 'Patriot' sistemləri quraşdırılmasına etiraz edildi ‘Ənsarullah’ lideri BMT rəsmisi ilə müzakirə apardı
Yəmən ordusu Səudiyyənin təcavüzünün cavabında ‘Saudi Aramco’ neft şirkətinə aid obyektə raket hücumu edib