Yəmənli nazir: Ölkəmizi məhv edən Səudiyyənin jesti şübhəlidir

Yəmənli nazir: Ölkəmizi məhv edən Səudiyyənin jesti şübhəlidir

 

Yəmən hökumətinin Rabitə və İnformasiya naziri Dayfulla əş-Şami bildirib ki, Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri Yəmənin şiə bölgələri üzərində koronavirusa yoluxdurulmuş tibbi maskalar səpə bilər.
 
Maide.Az "Anna news" a istinadla xəbər verir ki,  o, bu barədə Səudiyyə Ərəbistanının Yəmənə tibbi avadanlıqlar, o cümlədən maskalar hədiyyə etmək niyyətində olması barədə yayılan məlumatlara münasibət bildirərkən deyib. Əş-Şami bir neçə ildir Yəməni məhv edən bir ölkənin bu cür jestlərinin narahatedici olduğunu söyləyib.
 
Əş-Şami yəmənliləri küçələrdə Səud əsgərləri tərəfindən verilən və tapılan maskaları götürməməyə çağırıb.
 
Nazir onu da vurğulayıb ki, bu günə qədər Yəməndə heç bir yoluxma hadisəsi qeydə alınmayıb. O, Səudiyyə Ərəbistanını xəstəliyin yayılmasına görə məsuliyyət daşıyacağını vurğulayıb.

 

Google+ WhatsApp ok.ru