Yəməndəki qaçqın düşərgələrində sel fəlakəti: 10 itki

Yəməndəki qaçqın düşərgələrində sel fəlakəti: 10 itki

Yəmənin Marib şəhərində güclü yağış nəticəsində sel fəlakəti baş verib. Daşqın nəticəsində Maribdəki Əl-Suvaida və Mile qaçqın düşərgələri su altında qalarkən, şəhərə böyük ziyan dəyib.

 
Maide.Az xəbər verir ki, yerli mənbələrdən İHA-ya bildirilib ki, daşqın səbəbi ilə Əl-Suvaida və Mile qaçqın düşərgələrində qadın və uşaqlar da daxil olmaqla 10 nəfər itkin düşüb. Yəmənli fəallar Maribdəki qaçqın düşərgələrində yaşayan seldən zərər çəkən ailələrə təcili yardıma çağırıb.
 
Digər tərəfdən, bu gün Yəmənin paytaxtında da güclü yağış nəticəsində yaranan seldən 2 nəfər ölüb. Minlərlə ev və iş yerinə yağan güclü yağış nəticəsində böyük ziyan dəyib. Sel səbəbindən yollar zədələndiyi üçün nəqliyyatın hərəkətin dayandırılıb.
 
İnfrastruktur və səhiyyə sistemi Yəməndə davam edən vətəndaş müharibəsi səbəbindən artıq çöküb. Yəmənlilər bu fəsillərdə yarana biləcək epidemiyalardan qorxurlar.
 

Google+ WhatsApp ok.ru