Yəməndə 2020-ci ilin ilk rübündə 195 nəfər öldürülüb, 311 nəfər yaralanıb

Yəməndə 2020-ci ilin ilk rübündə 195 nəfər öldürülüb, 311 nəfər yaralanıb

Səudiyyə Ərəbistanı rejiminin  Yəmənə təcavüzü nəticəsində insan itkisinin 2020-ci ilin ilk 3 ayında artdığı bildirilir. 
 
Madie.Az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu barədə BMT-nin Yəməndəki Humanitar Əlaqələr Koordinasiya İdarəsi (OCHA) tərəfindən yayımlanan yazılı açıqlamada  bildirilir. 
 
66-sı uşaq, 29-u qadın olmaqla ümumilikdə 195 nəfər Səud rejiminin yaratdığı koalisiyanın əsgərləri tərəfindən öldürülüb.
 
Açıqlamada qeyd edilir ki, 90-ı uşaq, 33-ü qadın olmaqla 311 nəfər də yaralanıb.
 
2019-cu ilin son rübü ilə müqayisədə insan itkisində 8 faiz artım olduğu bildirilir.
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, ABŞ, BƏƏ və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayından Yəmənə təcavüz edir və ona qurudan, dənizdən və havadan blokada tətbiq edir. İllərdir davam edən müharibədə 16 mindən çox yəmənli həyatını itirib, on minlərlə insan yaralanıb və milyonlarla insan evlərindən didərgin düşüb.
 
Hazırda 25 milyon əhalisi olan Yəmənin təxminən 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Yəməndə xalqın böyük dəstək verdiyi Ənsarullah Hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar.
 

 

Google+ WhatsApp ok.ru