Yəməndə BƏƏ və Ərəbistanın dəstəklədiyi qruplar arasında qarşıdurma olub

Yəməndə BƏƏ və Ərəbistanın dəstəklədiyi qruplar arasında qarşıdurma olub

Yəmənin Sahbvah və Abin əyalətlərində Birləşmiş Ərəb Əmirlikləri dəstəklədiyi separatçı Keçid Şurasının silahlıları ilə Səudiyyə Ərəbistanı dəstəklədiyi silahlılar arasında qarşıdurma olub.
 
Maide.Az xəbər verir ki, "Əl-Aləm"in verdiyi məlumata görə, fərari prezident Mənsur Hadi qüvvələrinin Abyan əyalətinin mərkəzi Zincibar şəhərində irəliləyib, ancaq separatçı Keçid Şurası döyüşlərin davam etdiyini söyləyərək, bu iddiaları təkzib edib.
 
Səudiyyə Ərəbistanı ilə BƏƏ arasında Yəməndəki nüfuz müharibəsi səbəbindən, BƏƏ-yə bağlı silahlılar ilə Mənsur Hadiyə sadiq qüvvələr arasında qarşıdurmalar artıb.
 
Hərbi mənbələr, Ərəbistana bağlı İslahat Partiyasından silahlıların bazar ertəsi səhər ölkənin cənubundakı Abyan əyalətinin mərkəzinə daxil olduqlarını deyib.
 
Mənbələrin bildirdiyinə görə, silahlılar Zincibar şəhəri ətrafındakı Şeyx Səlim bölgəsinin nəzarətini ələ keçiriblər. Ancaq Keçid Şurası qüvvələri Mənsur Hadi qüvvələrinin Abyan əyalətinin mərkəzinə girdiyini təkzib edərək, Əl-Şaka regionunda münaqişələrin davam etdiyini və Keçid Şurası qüvvələrinin İslahat Partiyasının terror hücumları adlandırdıqları hücuma məruz qaldıqlarını deyirlər.
 
Bəzi yerli mənbələr bildirirlər ki, hər iki tərəf Abyan əyalətində hələ də güc nümayişi göstərir və Keçid Şurası separatçı rejiminin açıqlanmasından sonra münaqişəni nəzarət altına almaq cəhdləri uğursuz olub, əyalət sakinləri qorxu içərisindədirlər.
 
Xatırladaq ki, 2015-ci ildən bu günə kimi Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə təcavüz edir. Hərbi təcavüz nəticəsində on minlərlə insan həyatını itirib, milyonlarla insan xəstəliyə məhkum olub və məcburi köçkün vəziyyətinə düşüb. Səudiyyə və tərəfdaşları dəniz və havadan blokada şəraitində olan Yəmənə zəruri ərzaq və tibbi ləvazimatın daxil olmasına mane olur. Hazırda blokada nəticəsində milyonlarla yəmənli ağır şərtlər altında yaşamağa məcburdur. /eastnews.org/
 

 

Google+ WhatsApp ok.ru