Yəmən: Səudiyyə koalisiyasını tibbi ləvazimatlar verməyə məcbur etmək lazımdır

Yəmən: Səudiyyə koalisiyasını tibbi ləvazimatlar verməyə məcbur etmək lazımdır

 

Yəmən beynəlxalq ictimaiyyətdən, 2015-ci ildən bəri yoxsullaşan ölkəyə hücum edən Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın yeni növ koronavirus infeksiyasının diaqnozu və müalicəsi üçün təcili olaraq tələb olunan tibbi ləvazimatların verilməsi üçün təzyiq göstərməsini istəyib.
 
Maide.Az "presstv"-ə istinadla xəbər verir ki, bu barədə Yəmən Ali İnqilab Komitəsinin sədri Məhəmməd Əli əl-Husi çıxış edib.
 
O, tvitter hesabından bildirib ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyasının Yəmənin mühasirəsini yüngülləşdirməsi üçün təzyiqlər artırılmalıdır: "Dünya ölkələri bununla məşğul olmalıdır, nəinki yoluxmuş yəmənlilərin hesabatını aprmaqla."
 
Səudiyyə Ərəbistanı və bir sıra müttəfiqləri 2015-ci ilin mart ayında ərəb dünyasının onsuz da ən yoxsul xalqı olan yəmənlilərə qarşı hücuma keçib. İşğalçılar müharibə boyu Ənsarullah Hərəkatına silah ötürülməsinin qarşısını almaq bəhanəsi ilə ölkəyə hava, dəniz və quru mühasirəsini tətbiq edib. Müharibə on minlərlə yəmənlinin ölümünə səbəb olub və ölkəni dünyanın ən pis humanitar böhranının səhnəsinə çevirib.
 
128 nəfərin yoluxmasına, 20 nəfərin dünyasını dəyişməsinə baxmayaraq, koalisiya təcavüzünü davam etdirir. İşğalçı qüvvələr Ramazan ayı münasibətilə elan etdikləri atəşkəs rejimini də pozurlar.

Xatırladaq ki, 2015-ci ildən bu günə kimi Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə təcavüz edir. Hərbi təcavüz nəticəsində on minlərlə insan həyatını itirib, milyonlarla insan xəstəliyə məhkum olub və məcburi köçkün vəziyyətinə düşüb. Səudiyyə və tərəfdaşları dəniz və havadan blokada şəraitində olan Yəmənə zəruri ərzaq və tibbi ləvazimatın daxil olmasına mane olur. Hazırda blokada nəticəsində milyonlarla yəmənli ağır şərtlər altında yaşamağa məcburdur.
 

Google+ WhatsApp ok.ru