Yəmən ordusu Səudiyyənin paytaxtını balistik raketlərlə vurub 23 İyun 2020 10:36 Yəmən Yəmən ordusu və xalq qüvvələri Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyad şəhərinə pilotsuz uçan aparat və ballistik raketlərlə hücum edib. Maide.Az “tasnimnews”a istinadla xəbər verir ki, bunu Yəmən Silahlı Qüvvələrinin sözçüsü plokovnik Yəhya Sariə deyib. Y.Sariə öz tiwitter səhifəsində bildirib ki, tezliklə bu əməliyyatın detallarını açıqlayacayıq. Qeyd edək ki, Səudiyyə Ərəbistanı mətbuatının məlumatına görə, Yəmən ordusunun Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyad şəhərinə pilotsuz uçan aparat və ballistik raketlərlə hücum edib. Səudiyyə Ərəbistanı Hava Hücumundan Müdafiə Qüvvələri açıqlama verərkən bildirib ki, hədəfləri məhv edib. Lakin yayımlanan digər məlumata əsasən, raketlərdən bəziləri hədəfə çatıb. Həmçinin Yəmən ordusunun Səudiyyə Ərəbistanında əməliyyatlarının ötən gecədən bu gün səhərə qədər davam etdiyi qeyd edilir. Xatırladaq ki, Səudiyyə rejimi, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayında hava, dəniz və qurudan maneə törətməklə Yəmənə qarşı hərbi təcavüzə başladı. Bu günə qədər Səudiyyə rejimi və müttəfiqlərinin Yəməndə başlatdıqları müharibə 16 mindən çox yəmənlinin ölümünə, on minlərlə insanın yaralanmasına və milyonlarla vətəndaşının qaçqın olmasına səbəb oldu. Teqlər : #Yəmən,#ordusu,#Səudiyyənin,#paytaxtını,#balistik,#raketlərlə,#vurub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İran: BMT hər 10 dəqiqədə bir uşaq öldürən Səudiyyə Ərəbistanını uşaqqatilləri siyahısından çıxarır BMT-ə çağırış edildi: Səudiyyə Ərəbistanı və Myanma ordusunun adı 'utanc siyahısına' daxil edilsin
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'