Yəmən ordusu Səudiyyə rejiminin hərbi mövqelərinə qarşı genişmiqyaslı əməliyyat keçirib

Yəmən ordusu Səudiyyə rejiminin hərbi mövqelərinə qarşı genişmiqyaslı əməliyyat keçirib

Yəmən ordusu və xalq komitələri tərəfindən Səudiyyə Ərəbistanın həssas və önəmli hərbi mövqelərinə qarşı pilotsuz təyyarələrlə genişmiqyaslı əməliyyat həyata keçirilib. 
 
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, bunu Yəmən Silahlı Qüvvələrinin sözçü briqada generalı Yəhya Səri deyib. 
 
Y.Səri qeyd edib ki,  bazar günü axşam saatlarında Yəmənin pilotsuz təyyarələri “Abha” Beynəlxalq Hava Limanında hərbi mövqeləri və həssas hədəfləri vurub və hücum nəticəsində  hədəflər məhv edilib. 
 
Y.Səri bu hücumun təcavüzkar Səudiyyə Ərəbistan rejiminin Yəmənə davmalı hücumlarına və  bu ölkəni mühasirədə saxlamasına cavab olaraq həyata keçirildiyini qqedy edib. 
 
Səudiyyə Ərəbistanının “WAS” xəbər agentliyi bu ölkənin Ənsarullah raket zərbələri qarşısında məğlubiyyətini etiraf edərək yalnız bir  pilotsuz təyyarənin Səudiyyə ordusu tərəfindən vurulduğunu  bildirib. 
 
Xatırladaq  ki, Səudiyyə rejimi, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayında hava, dəniz və qurudan maneə törətməklə Yəmənə qarşı hərbi təcavüzə başladı. Bu günə qədər Səudiyyə rejimi və müttəfiqlərinin Yəməndə başlatdıqları müharibə 16 mindən çox yəmənlinin ölümünə, on minlərlə insanın yaralanmasına və milyonlarla vətəndaşının qaçqın olmasına səbəb olub. 
 

Google+ WhatsApp ok.ru