Yəmən məhkəməsi Tramp, Səudiyyə kralı və vəliəhdinə ölüm hökmü çıxardı

Yəmən məhkəməsi Tramp, Səudiyyə kralı və vəliəhdinə ölüm hökmü çıxardı

Yəmənin şimalındakı Saada əyalətindəki birinci instansiya məhkəməsi, Saada bazar meydanında şagirdləri daşıyan bir avtobusa hava hücumu cinayəti ilə əlaqədar 10 nəfərə ölüm hökmü çıxarıb.
 
Hakim Riyad Ər-Razaminin sədrliyi ilə keçirilən məhkəmədə aşağıdakı şəxslərə edam hökmü verilib:
 
- Səudiyyə rejiminin kralı Salman bin Əbdüləziz,
 
- Səudiyyə rejiminin vəliəhdi Məhəmməd bin Salman,
 
- Səudiyyə rejiminin şahzadəsi Turki bin Bəndər bin Əbdüləziz,
 
- ABŞ-ın prezidenti Donald Tramp,
 
- ABŞ-ın sabiq müdafiə naziri Ceyms Mattis,
 
- Yəmənin eks-prezidenti Əbdür-Rabbu Mənsur Hadi,
 
- Yəmənin sabiq baş nazirin müavini Əli Möhsün Əl-Əhmar,
 
- Yəmənin sabiq baş naziri Əhməd Ubəydi bin Dağar
 
- Yəmənin istefa vermiş müdafiə naziri Məhəmməd Əli Əhməd Əl-Müqəddaş.
 
Bu hökmdən sonra sözügedən şəxslər uşaqların valideynlərinə 10 milyard dollar təzminat ödəməyə məhkum edilib.
 
Xatırladaq ki, 7 avqust 2016-cı ildə Səudiyyə rejiminin koalisiya döyüşçülərinin Saada əyalətinin Dəhyan şəhərində Yəmənli şagirdləri daşıyan bir avtobusa hücumu nəticəsində 51 nəfər həlak olmuş və 79 nəfər isə yaralanmışdı. Həlak olanların 40 nəfəri 15 yaşından kiçik uşaqlar idi. /deyerler.org/
 
 
 
Şagirdlərin avtobusu yayda son Quran təlim kursunu bitirdikdən sonra şəhər bazarının yaxınlığında yolun ortasında dayandığı vaxt Səudiyyə rejiminin koalisiyası tərəfindən hədəfə alınmışdı.
 
 
 
Elə həmin gün Səudiyyə rejiminin koalisiyasının sözçüsü polkovnik Turki Əl-Maliki yəmənli şagirdlərin öldürülməsi cinayətini “hərbi və qanuni bir hərəkət” olduğunu söyləmişdi.
 
 
 

Google+ WhatsApp ok.ru