Yəmən rəsmisi ABŞ-ı  tənqid etdi

Yəmən rəsmisi ABŞ-ı tənqid etdi

Yəmənin paytaxtı Sənadakı hökumətin mətbuat katibi Əhməd Həmid ABŞ-ı tənqid edib. 

 O, açıqlamasında bildirib ki, Yəməndəki böhranların səbəbkarı ABŞ-dır.   

Bundan əlavə Əhməd Həmid vurğulayıb ki, Yəmən müharibəsində ən çox silahı da ABŞ işğalçılara satıb.   

"Onlar silah satıb pul qazanmaq üçün müharibə başlatdılar. Məqsədləri xalqımızı məğlub etməkdir", - deyə hökumət rəsmisi diqqətə çatdırıb. 

Qeyd edək ki, artıq 6 ilə yaxındır ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb.

Amansız hücumlar nəticəsində 85 min yəmənli həyatını itirib və ya yaralanıb.  Öldürülənlərdən 16 min nəfəri dinc sakinlərdir.  8,4 milyon nəfərin aclıq həddinə yaxınlaşdığı bildirilir.   /eastnews.org/

Google+ WhatsApp ok.ru