Yəhudi sionist Beytləhmin şimalında avtobusu fələstinli fəhlələrin üzərinə sürüb, ölən və yaralananlar var

Yəhudi sionist Beytləhmin şimalında avtobusu fələstinli fəhlələrin üzərinə sürüb, ölən və yaralananlar var

Fələstinin işğal olunmuş ərazisində Beytləhm şəhərində yəhudi sionist avtobusu fələstinli fəhlələrin üzərinə sürüb. 
 
Maide.Az  xarici KİV-ə istinadla xəbər verir ki,  hadisə nəticəsində bir fələstinli həlak olub,  15 fələstinli isə yaralanıb.   
 
Məlumata görə, hadisə bu gün səhər Beytlahimin şimal girişindəki "300" adlı nəzarət-buraxılış məntəqəsində baş verib. 
 
Sionist sürücü avtobusu nəzarət-buraxılış məntəqəsindən keçmək istəyən fələstinli işçilərin üzərinə qəsdən sürüb. Sosial şəbəkələrdə yayılmış video görüntüdə işğalçı rejimin bu vəhşi hücum nəticəsində yaralanan fələstinlilərə tibbi yardım göstərmədiyi əks olunub. 
 
 

Google+ WhatsApp ok.ru